"Turanbank"da yeni təyinat olub

"Turanbank"da yeni təyinat olub Bankın Filiallarla iş Departamentinə yeni direktor təyin edilib
Maliyyə
14 Noyabr , 2016 10:49
Turanbankda yeni təyinat olub

Bakı. 14 noyabr. REPORT.AZ/ "Turanbank" ASC-nin Filiallarla iş Departamentinə yeni direktor təyin edilib. Bu barədə "Report" Bankın saytına istinadən xəbər verir.

Məlumata görə, bu vəzifəyə Məhəmməd Nağıyev gətirilib. Bu təyinata qədər Departamentin direktoru vəzifəsini müvəqqəti olaraq direktor müavini Elbrus Hümbətov icra edib.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi