​"Turanbank" birinci rübü zərərlə başa vurub

​"Turanbank" birinci rübü zərərlə başa vurub Hesabat dövründə "Turanbank"ın aktivləri 22% artıb
Maliyyə
24 Aprel , 2015 10:23
​Turanbank birinci rübü zərərlə başa vurub

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC-nin aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 22% artaraq 2015-ci il aprelin 1-nə 345,3 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat tarixinə Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 43% artaraq 256 mln. manata çatıb.

Aprelin 1-nə Bankın müştəri hesabları və depozit portfeli 161,3 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11% çoxdur. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2014-cü ilin analoji dövrü ilə müqayisədə 29,9% artaraq 82,7 mln. manat olub.

"Turanbank"ın nizamnamə kapitalı ötən ilin müvafiq dövrünə nisbətən 7% artaraq 47 mln. manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq 53 mln. manat olub.

Qeyd edək ki, 2015-ci ilin yanvar-mart ayları üzrə Bankın gəlirləri 6,2 mln. manat, xərcləri isə 8,2 mln. manat təşkil edib, nəticədə 2 mln. manat həcmində zərər yaranıb.

Son xəbərlər

Orphus sistemi