​"Turan Bank" yeni kredit aksiyası keçirir

​"Turan Bank" yeni kredit aksiyası keçirir Endirim aksiyası fevralın 23-25-də keçiriləcək
Maliyyə
20 Fevral , 2015 14:43
​Turan Bank yeni kredit aksiyası keçirir

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC fevralın 23-25-də "Azəryolservis" ASC-nin işçiləri üçün istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda hər il fevralın 22-si avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi