​"Turan Bank" və "Commerzbank" kredit sazişi imzalayıb

​"Turan Bank" və "Commerzbank" kredit sazişi imzalayıb "TuranBank" cəlb olunan vəsaiti beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldəcək
Maliyyə
15 Yanvar , 2015 17:22
​Turan Bank və Commerzbank kredit sazişi imzalayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə Almaniyanın "Commerzbank"ı ilə baş kredit sazişi imzalayıb. Bu barədə "Report"a Azərbaycan bankının baş ofisindən məlumat verilib.

Məlumata görə, kredit sazişi üzrə cəlb olunacaq vəsait müştərilərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək. "Turan Bank" və "Commerzbank" 2009-cu ildən əməkdaşlıq edir.

"Commerzbank" kredit portfelinin həcminə görə Almaniyanın ən iri banklarından biri olmaqla 40 ölkədə 8 mln.-dan çox müştəriyə xidmət göstərir.

Ötən il "Turan Bank" beynəlxalq əməkdaşlığı çərçivəsində ticarətin maliyyələşdirilməsi üzrə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə mövcud əməkdaşlığını daha da genişləndirərək, ticarətin maliyyələşdirilməsi istiqamətində cəlb etdiyi revolver kredit xəttinin həcmini 14 mln. ABŞ dollarına qədər artırıb.

Son xəbərlər

Orphus sistemi