Yuxarı
    Bağlamaq

    ​"Turan Bank"ın aktivləri 31% artıb

    Bank 2014-cü ili 5,601 mln. manat xalis mənfəətlə başa vurub

    Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 31% artaraq bu ilin əvvəlinə 320,1 mln. manat təşkil edib. "Report"un banka istinadən verdiyi xəbərə görə, bankın kredit portfeli ötən il 24% artaraq 220,6 mln. manata çatıb.

    Hesabat ilində bankın müştəri hesabları və depozit portfeli 143,9 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 72,2 mln. manat olub və bu göstərici illik müqayisədə 17,7% artıb.

    Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə 2014-cü ilin əvvəlinə nisbətən 7% artıb. Hesabat dövründə bankın məcmu kapitalı 14% artaraq 55,1 mln. manat təşkil edib.

    Ötən ilin yekununda bankın gəlirləri 33,346 mln. manat, xərcləri isə 26,333 mln. manat təşkil edib, nəticədə "Turan Bank" ili 5,601 mln. manat xalis mənfəətlə başa vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi