Yuxarı
    Bağlamaq

    "Turan Bank"ın aktivləri 20% artıb

    Bankın 11 aylıq mənfəəti 7 mln. manata çatıb

    Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın "Turan Bank" ASC-nin aktivlərinin həcmi bu il dekabrın 1-nə 292,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,4% çoxdur.

    "Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat tarixinə kredit portfeli illik müqayisədə 22% artaraq 221,5 mln. manata çatıb.

    Cari ilin noyabr ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 134,1 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 69,6 mln. manat olub. Bu göstərici 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,2% artıb.

    Bankın nizamnamə kapitalı dekabrın 1-nə 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artıb. Hesabat dövründə "Turan Bank"ın məcmu kapitalı son bir ildə 23% artaraq 56,4 mln. manata çatıb.

    Cari ilin yanvar-noyabr ayı üzrə Bankın gəlirləri 30,203 mln. manat, xərcləri isə 23,240 mln. manat, balans mənfəəti isə 6,963 mln. manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi