Yuxarı

"Turan Bank" İsveçrə şirkətindən 2 milyon dollar kredit alıb

Kredit kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndimək məqsədilə ayrılıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Turan Bank" ASC ilə "responsAbility Investment AG" arasında 3 il müddətinə 2 mln. ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kredit kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndimək məqsədilə ayrılıb.

Qeyd edək ki, "responsAbility Investments AG" sərmayələrin inkişafı üzrə ixtisaslaşmış aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərdən biridir. Şirkət İsveçrənin maliyyə institutlarına məxsusdur. "responsAbility" hazırda dünyanın 93 dövlətində 535 şirkətə yatırılmış və ümumi məbləği 2,9 mlrd. ABŞ dolları həcmində olan aktivlərə malikdir. 2003-cü ildə əsası qoyulan şirkətin baş ofisi Sürix şəhərində və yerli ofisləri isə Honq Konq, Lima, Lüksemburq, Mumbay, Nayrobi, Oslo, Paris və Banqkok şəhərlərində yerləşir.

Xatırladaq ki, "Turan Bank"ın 9-u regionlarda olmaqla, ümumilikdə, 16 xidmət nöqtəsi və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi