“Turan Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

“Turan Bank” bu ilin I yarısını mənfəətlə başa vurub “Turan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 510,934 milyon manat təşkil edib.
Maliyyə
15 İyul , 2019 15:36
“Turan Bank” bu ilin I yarısını mənfəətlə başa vurub

“Turan Bank” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 510,934 milyon manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,7% çoxdur.

“Turan Bank”ın aktivlərinin 319,759 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın cəmi öhdəlikləri 1,9% artaraq 441,656 milyon manata, o cümlədən depozit portfeli 15% artaraq 260,926 milyon manata, cəmi kapitalı isə 16,4% artaraq 69,277 milyon manata, o cümlədən nizamnamə kapitalı 18,2% artaraq 65,005 milyon manata çatıb.

Bu ilin yanvar-iyun aylarında “Turan Bank”ın gəlirləri 17,962 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5,8% çox), xərcləri 17,876 milyon manat (11,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 65 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Son nəticədə Bank I yarımili 150 min manat mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 26,8% azdır.

İngilis versiyası Turan Bank ends H1 on profit

Son xəbərlər

Orphus sistemi