Tramp Rusiyanın fond birjalarını vurub

Tramp Rusiyanın fond birjalarını vurub MMVB indeksi rekord səviyyədən 13% aşağı düşüb
Maliyyə
10 Mart , 2017 15:01
Tramp Rusiyanın fond birjalarını vurub
Reuters.com

Bakı. 10 mart. REPORT.AZ/ Donald Trampın ABŞ prezidenti seçiləndən sonra kəskin yüksələn Rusiyanın fond indeksləri tarixi rekord səviyyəyə çatdıqdan sonra ucuzlaşmağa başlayıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın RTS və MMVB indeksləri seçkidən sonra 3 ayda qazandıqlarını hamısını artıq itirib. 

MMVB indeksi yanvar ayında əldə etdiyi rekord səviyyədən 13% azalıb və 2 000 bənddən aşağı düşüb. Buna səbəb neft qiymətlərinin ucuzlaşması və Rusiyanın ABŞ-ın yeni seçilmiş prezidenti ilə bağlı gözləntilərin puça çıxması olub.

Qeyd edək ki, keçən həftə investorlar Rusiyanın ən iri investisiya fondu "VanEck Vectors Russia"dan (Exchange Traded Funds) son 3,5 ilin maksimal həddində kapıtal çıxarıblar. Londonda yerləşən "Union Bancaire Privee" bankının aktivlər üzrə meneceri Pavel Laberko hesab edir ki, D.Trampın Rusiyaya qarşı tətbiq olunan sanksiyaları qaldıracağına inanan investorlar məyus olublar: "Son iki ayda vəziyyət dəyişib. Dekabrda Rusiya aktivlərini almağı tövsiyə edənlər artıq fikirlərini dəyişib".

Son xəbərlər

Orphus sistemi