Tramp ABŞ banklarını bölməyə hazırlaşır

Tramp ABŞ banklarını bölməyə hazırlaşır Rusiyada banklar "baza" və "universal" olmaqla iki yerə bölünəcək
Maliyyə
2 May , 2017 13:46
Tramp ABŞ banklarını bölməyə hazırlaşır

Bakı. 2 may. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp ölkədəki böyük bankları istehlak və investisiya banklarına bölməyə hazırlaşdığını bildirib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, belə bir qanun 1933-cü ildə böhran zamanı "Glass-Steagall" adı altında qəbul edilib və daha sonra 1999-cu ildə Bill Klintonun prezidentlik dönəmində ləğv edilib. Tramp "Bloomberg News" agentliyinə verdiyi müsahibədə bildirib ki, "bu qanunun qüvvədə olduğu sistemə geri qayıtmaq istəyənlərin sayı çoxalıb".

Qeyd edək ki, 2008-ci ilin maliyyə böhranının bir çox qanunverici məhz "Glass-Steagall" qanununun ləğv edilməsi nəticəsində baş verdiyini bildirib. Xatırladaq ki, qanunun yenidən bərpa edilməsini xəzinədarlıq naziri Stiven Mnuçin (Steven Mnuchin) və Milli İqtisadi Şuranın direktoru Gari Kon (Gary Cohn) da dəstəkləyiblər.

"Report" xəbər verir ki, dünən, mayın 1-də Rusiya Prezidenti V.Putinin imzaladığı qanunla bu ölkədə də banklar "baza" və "universal" olmaqla iki yerə bölünəcək.

Son xəbərlər

Orphus sistemi