Tramp 28 trln. dollarlıq tərəfdaşlıqdan imtina edib

Tramp 28 trln. dollarlıq tərəfdaşlıqdan imtina edib Prezident bu addımın ölkədə işsizliyin azaldılması məqsədi ilə atıldığını bildirib
Maliyyə
24 Yanvar , 2017 13:01
Tramp 28 trln. dollarlıq tərəfdaşlıqdan imtina edib

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean tərəfdaşlıq anlaşmasından çıxması barədə sərəncam imzalayıb. "Report" "Rambler"ə istinadən xəbər verir ki, qüvvəyə minməyə hazırlaşan bu anlaşmada 28 trln. ABŞ dolları həcmində məcmu ÜDM-ə sahib olan 12 ölkənin iştirak edəcəyi gözlənilirdi. Yaponiyanın baş naziri Sindzo Abenin sözlərinə görə, ABŞ olmadan bu anlaşmanın heç bir mənası yoxdur. Qeyd edək ki, anlaşma 2016-cı ilin fevral ayında imzalanıb. Sənədə ABŞ, Yaponiya, Malayziya, Vyetnam, Sinqapur, Bruney, Avstraliya, Yeni Zelandiya, Kanada, Meksika, Çili və Peru qoşulub.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama Trans-Sakit Okean anlaşmasını öz hakimiyyəti dövrünün ən böyük nailiyyəti hesab edirdi. Lakin Konqresdə ratifikasiya edilməyən anlaşma Tramp tərəfindən ləğv edilib. O, bu qərarı ABŞ-da iş yerlərinin sayının azalmasının qarşısını almaq məqsədi ilə qəbul etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi