Yuxarı

The Guardian: "Rublun ucuzlaşması doqquz ölkənin iqtisadiyyatı üçün təhlükədir"

Rublun ucuzlaşması artıq Türkmənistan valyutasının qiymətdən düşməsinə gətirib çıxarıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Rublun ucuzlaşması Rusiyada işləyən digər ölkə vətəndaşlarının pul köçürmələrindən asılı olan doqquz ölkənin iqtisadiyyatı üçün təhlükədir. "Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzetində dərc olunmuş məqalədə deyilir.

Məqalədə o da qeyd olunub ki, keçmiş Sovet respublikalarından olan miqrantlar iqtisadi çətinliklərlə əlaqədar Rusiyanı tərk etmək haqqında düşünürlər. 

Qəzet Dünya Bankının məlumatlarına istinadən xəbər verir ki, ümumilikdə, bu ölkələr 2015-ci ildə 10 mlrd. dollar itirə bilərlər. 

Məqalədə göstərilib ki, region ölkələrinin iqtisadiyyatı bir-birilə sıx bağlıdır və Rusiya valyutasının qiymətdən düşməsi  onun qonşularına da öz təsirini göstərir. Rublun düşməsi artıq Türkmənistan valyutasının qiymətdən düşməsinə gətirib çıxarıb və Qazaxıstanın milli valyutası tenqenin ucuzlaşmasına səbəb ola bilər. 

Dünya Bankının məlumatlarına əsasən, pul köçürmələrindən Ermənistan iqtisadiyyatının 21%-i, Gürcüstan iqtisadiyyatının 12%-i, Qırğızstan  iqtisadiyyatının 31,5%-i, Moldova iqtisadiyyatının 25%-i, Tacikistan iqtisadiyyatının 42%-i, Özbəkistan iqtisadiyyatının 12%-i, Ukrayna iqtisadiyyatının 5,5 %-i, Litva iqtisadiyyatının 4,5 %-i və Azərbaycan iqtisadiyyatının 2,5 %-i asılıdır. 

"The Guardian" qeyd edir ki, bu ölkələrə pul köçürmələrinin böyük hissəsini Rusiyadan köçürülən pul vəsaitləri təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi