​"Texnikabank" yeni internet-bankçılıq sistemini istifadəyə verib

​"Texnikabank" yeni internet-bankçılıq sistemini istifadəyə verib Bank yaxın vaxtlarda bu sistem üçün mobil proqramı da istifadəyə verəcək
Maliyyə
18 Yanvar , 2016 12:00
​Texnikabank yeni internet-bankçılıq sistemini istifadəyə verib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan bank sektorunda ilk olaraq, "Texnikabank" ASC-nin yeni və unikal hesab edilən "TB24" adlı məsafəli xidmətin internet-bankçılıq sistemi tam şəkildə müştərilərin ixtiyarına verilib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, 24 saat iş prinsipi ilə fəaliyyət göstərən sistem 18 istiqamət üzrə 75 xidməti birləşdirməklə, demək olar ki, bütün bank əməliyyatlarını əhatə edir. Beləliklə, fiziki və hüquqi şəxslər banka gəlmədən istənilən zaman bank xidmətlərindən istifadə imkanını qazanır.

Qeyd edək ki, smartfonların artımını nəzərə alaraq, "Texnikabank" yaxın zamanda "iOS" və "Android" platformaları əsasında "TB24" sistemi üçün mobil proqramı da istifadəyə verəcək.

Son xəbərlər

Orphus sistemi