Yuxarı

​"Texnika Bank" bağlanıb - YENİLƏNİB

AMB-nin qərarı ilə Texnikabankın lisenziyası ləğv edilib

İlk xəbər saat 11:03-də verilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə "Texnikabank" ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib. 

Bu barədə "Report"a AMB-dən məlumat verilib.

***

"AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib", - deyə məlumatda bildirilib. 

“Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən Banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi