“Tesla” zavodlarının fəaliyyətinin bərpası vaxtını açıqladı

“Tesla” zavodlarının fəaliyyətinin bərpası vaxtını açıqladı ABŞ-ın “Tesla” şirkəti koronavirus (COVID-19) səbəbindən zavodlarının bağlanması ilə birlikdə dəyən zərəri azaltmaq üçün işçilərinin maaşını 30% azaldacaq.
Maliyyə
8 Aprel , 2020 10:38
“Tesla” zavodlarının fəaliyyətinin bərpası vaxtını açıqladı

ABŞ-ın “Tesla” şirkəti koronavirus (COVID-19) səbəbindən zavodlarının bağlanması ilə birlikdə dəyən zərəri azaltmaq üçün işçilərinin maaşını 30% azaldacaq. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bundan başqa şirkət bəzi işçilərini ödənişsiz məzuniyyətə göndərəcək.

Məlumata görə, şirkət vitse-prezidentlərinin maaşlarını 30%, bölmə rəhbərlərinin 20%, adi işçilərin maaşlarını isə 10% azaldacaq. Yeni tədbirlər aprelin 13-dən qüvvəyə minəcək və ikinci maliyyə rübünün sonuna qədər davam edəcək. Evdən işləyə bilməyən şirkət işçiləri isə ödənişsiz məzuniyyətə göndəriləcək. 

Şirkət mayın 4-dən müəssisələrinin fəaliyyətini bərpa etməyi planlaşdırır.

Xatıqladaq ki, “Tesla” martın 24-dən Fremont (Kaliforniya) və Buffaloda (New York) fəaliyyət göstərən zavodlarında istehsalı dayandırmışdı.

“Johns Hopkins” Universitetinin statistikasına əsasən ABŞ-da 400 min koronavirusa yoluxma halı qeydə alınıb. 12,9 min insan ölüb, 22 min xəstə sağalıb.

Son xəbərlər

Orphus sistemi