Yuxarı
    Bağlamaq

    "Tesla" yeni "Y" modelini təqdim etməyə hazırlaşır

    Onun kütləvi istehsalı üçün 10-20 qiqafabrik qurulacaq

    Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkətinin baş direktoru İlon Mask yeni "Y" modelinin fotosunu  təqdim edib. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni avtomobil bazara 2019-2020-ci illərdə çıxarılacaq. 

    Bunun üçün "Tesla" bütün dünya üzrə 10-20 qiqafabrik qurmaq istəyir. Bu fariklərdə elektromobillərlə yanaşı, ildə 10 min ədəd akkumulyator özəyi istehsak olunacaq. 

    Xatırladaq ki, "Tesla"nın "Model 3" variantının gələn aydan kütləvi istehsalına başlanılacaq. Şirkət bu ilin sonuna qədər sözügedən  modeldən həftədə 5 000, gələn il isə 10 000 ədəd istehsal etməyi planlaşdırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi