Yuxarı
    Bağlamaq

    ​Teis Knutsen: "Səhm bazarı daha perspektivlidir"

    Saxo Bankın investisiyalar üzrə direktoru: Yazda fond birjalarında korreksiya olsa da, uzun müddətdə üstünlüyün səhmlərə verilməsi tövsiyə olunur

    Bakı. 1 aprel. REPORT.AZ/ Avropa başda olmaqla dünya səhm bazarları uzunmüddətli artım perspektivlərini qoruyur. Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın investisiyalar üzrə direktoru Teis Knutsen bildirib.

    Buna səbəb olaraq hazırkı aşağı faiz dərəcələri, zəif inflyasiya və enerji məhsullarının qiymətinin düşməsi göstərilir. T.Knutsen hesab edir ki, Avropa fond birjalarında əhəmiyyətli yüksəlmə müvəqqəti olaraq 5-10% həcmində korreksiyanın olacağını istisna etmir, lakin uzun müddətdə iqtisadi artım, ucuz yanacaq məhsulları və aşağı faizlər səhmlərin yüksəlməsini dəstəkləyəcək.

    Avropada həyata keçirilən pul-kredit siyasətini tənqid edən "Saxo Bank" rəsmisi oradakı mərkəzi bankların deflyasiya ilə mübarizədə faizləri azaltması və kəmiyyət yumşaltması siyasətinin ciddi fəsadlara yol açacağını vurğulayıb. Belə ki, o bu tədbirlərin mərkəzi bankları ölkələrinin ən böyük kreditorlarına çevirəcəyini bildirib. Hazırda Avropa Mərkəz Bankı aylıq 60 mlrd. avro istiqraz alır (44 mlrd. avro dövlət qiymətli kağızları olmaqla). Emissiya ilə nisbətdə bu çox böyük rəqəmdir. İlin sonuna qədər bu siyasətin bitməsi təəccüb doğurmayacaq.

    T.Knutsen qeyd edib ki, yekunda yaz aylarında fond birjalarında korreksiya olsa da, uzun müddətdə üstünlüyün səhmlərə verilməsi tövsiyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi