​"TCF" aktivlərini 42% artırıb

​"TCF" aktivlərini 42% artırıb BOKT 2015-ci ili 137 min manat xalis mənfəətlə başa vurub
Maliyyə
5 Avqust , 2016 16:55
​TCF aktivlərini 42% artırıb

Bakı. 5 avqust. REPORT.AZ/ "TCF" bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 7,384 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 42,2% çoxdur.

İl ərzində "TCF"-in cəmi kapitalı 61,3% artaraq 361 min manat, cəmi öhdəlikləri isə 41,3% artaraq 7,023 mln. manat olub.

Ötən il ərzində BOKT-un aktivlərinin 59,8%-ni və yaxud 4,418 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, 2014-cü ilə nisbətən 11% azdır.

Ötən il "TCF"-in öhdəliklərinin 99,7%-ni isə maliyyə sektorundan cəlb edilmiş vəsaitlər təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 40,9% çoxdur.

Hesabat dövründə BOKT-un faiz gəlirləri 1,237 mln. manat, faiz xərcləri 408 min manat, əməliyyat gəlirləri 184 min manat, əməliyyat xərcləri 837 min manat, fövqəladə xərcləri 20 min manat olub. Son nəticədə "TCF"-in vergiyəqədərki mənfəəti 157 min manat təşkil edib. BOKT 20 min manat mənfəət vergisi ödəyərək 2015-ci ili 137 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, "TCF" 2014-cü ildən 76 min manat xalis zərərlə çıxıb.

Qeyd edək ki, BOKT 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Hidayət Rəhimova məxsusdur. Təşkilat əsasən "Baku Electronics" MMC-nin məhsullarının kreditlə satışını maliyyələşdirir.

Son xəbərlər

Orphus sistemi