Tbilisidə MDB ölkələrinin istiqraz konqresi keçiriləcək

Tbilisidə MDB ölkələrinin istiqraz konqresi keçiriləcək Tədbirdə Azərbaycanın istiqraz bazarı da müzakirə olunacaq
Maliyyə
7 Mart , 2016 11:07
Tbilisidə MDB ölkələrinin istiqraz konqresi keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ İyunun 16-17-də Tbilisidə (Gürcüstan) MDB və Baltikyanı ölkələrin XIII İstiqraz Konqresi keçiriləcək. "Report"un məlumatına görə, konqresin sponsorları arasında "Paşa Bank"ın Gürcüstan nümayəndəliyi də yer alıb.

Tədbirdə müzakirə olunacaq əsas məsələlər inkişafda olan ölkələrin borc bazarının hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusuna həsr olunacaq.

Toplantıda MDB ölkələrinin makroiqtisadi inkişafı və maliyyə bazarlarının perspektivləri araşdırılacaq, investorlar arasında müzakirələr aparılacaq, habelə, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan və digər ölkələrin istiqraz bazarları haqqında təqdimatlar olacaq və fikir mübadiləsi aparılacaq. 

Qeyd edək ki, konqresə qeydiyyat martın 7-dən başlayır və iştirak haqqı 38 min rubl, MDB ölkələrindən olan nümayəndələr üçün isə 24 min rubl təşkil edir. Aprelin 16-na qədər qeydiyyatdan keçənlər isə 10%-lik güzəşt əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər http://cbonds-congress.com/events/311/registration/ saytına daxil ola bilərlər.

Son xəbərlər

Orphus sistemi