"TBC Credit" istiqraz buraxacaq

"TBC Credit" istiqraz buraxacaq Təşkilat istiqrazları manat və dollarla buraxmaq istəyir
Maliyyə
19 Oktyabr , 2016 10:41
TBC Credit istiqraz buraxacaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ "TBC Credit" bank olmayan kredit təşkilatı (BOKT) bu ilin sonuna qədər istiqraz emissiyası həyata keçirməyi planlaşdırır. Bu barədə "Report"a BOKT-un maliyyə meneceri Aytən Bağırova məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi maliyyə qurumu həm Azərbaycan manatında, həm də ABŞ dollarında istiqraz buraxmaq istəyir: "Yəqin ki, manat istiqrazlarının illik gəlirliliyi 15%-dən az olmayacaq. Dollar istiqrazlarının faiz dərəcəsi isə illik 7-8% ola bilər".

Xatırladaq ki, "TBC Credit" MMC 1999-cu ildə yaradılıb, Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından biridir. Onun nizamnamə kapitalı 10 mln. ABŞ dollarıdır. BOKT-un təsisçiləri qismində 75%-lik iştirak payı ilə Gürcüstanın aparıcı bankı olan "TBC Bank", eləcə də 25%-lik iştirak payı ilə ABŞ-ın "Enclude Holding"i (sabiq "ShoreBank International") çıxış edir. 

İngilis versiyası TBC Credit to issue bonds

Son xəbərlər

Orphus sistemi