“TBC Kredit”in zərəri 3 dəfədən çox artıb

“TBC Kredit”in zərəri 3 dəfədən çox artıb Bakı. 11 iyul. REPORT.AZ/ “TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 26,193 mln. manat təşkil edib...
Maliyyə
11 İyul , 2017 10:35
“TBC Kredit”in zərəri 3 dəfədən çox artıb

Bakı. 11 iyul. REPORT.AZ/ “TBC Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 26,193 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu. ötən il yanvarın 1-i ilə müqayisədə 46,75% azdır.

“TBC Kredit”in aktivlərinin 77,1%-ni və yaxud 20,206 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 50,4% azalıb.

2016-cı ildə “TBC Kredit”in cəmi öhdəlikləri 39,8% azalaraq 23,113 mln. manata, cəmi kapitalı isə 71,5% azalaraq 3,08 mln. manata düşüb.

Ötən il “TBC Kredit”in faiz gəlirləri 8,299 mln. manat (əvvəlki ilə nisbətən 8,4% az), faiz xərcləri 2,678 mln. manat (7,3% çox), qeyri-faiz gəlirləri 128 min manat (47,8% az). qeyri-faiz xərcləri isə 3,471 mln. manat (6% az) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 2,278 mln. manat olub ki, bu da illik müqayisədə 38,7% azdır.

2016-cı ildə “TBC Kredit” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 50,8% çox – 9,364 mln. manat yönəldib, 637 min manat isə mənfəət vergisi ödəyib (əvvəlki il mənfəət vergisi xərclərinə qənaət edib). Bununla da, BOKT 2016-cı ili 7,723 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 3,1 dəfə çoxdur.

Xatırladaq ki, "TBC Credit" 1999-cu ildə yaradılıb, Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından biridir. Onun nizamnamə kapitalı 10 mln. ABŞ dolları və yaxud o vaxtlı məzənnə ilə 8,453 mln. manatdır. BOKT-un təsisçiləri qismində 75%-lik iştirak payı ilə Gürcüstanın aparıcı bankı olan "TBC Bank", eləcə də 25%-lik iştirak payı ilə ABŞ-ın "Enclude Holding"i (sabiq "ShoreBank International") çıxış edir.  

Son xəbərlər

Orphus sistemi