“TBC Kredit” BOKT-nin xalis mənfəəti 7 dəfə azalıb

“TBC Kredit” BOKT-nin xalis mənfəəti 7 dəfə azalıb “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 248 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
22 May , 2020 15:45
“TBC Kredit” BOKT-nin xalis mənfəəti 7 dəfə azalıb

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 248 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 86,4% və 7,4 dəfə azdır.

Ötən il “TBC Kredit”in vergiyəqədərki mənfəəti 296 min manat (əvvəlki ilə nisbətən 84,5% az), mənfəət vergisi ödəmələri isə 48 min manat (41,5%) təşkil edib.

Bu il yanvarın 1-nə “TBC Kredit”in aktivləri 16 milyon manat olub ki, bu da illik müqayisədə 30,3% azdır. Bunun 12,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 26,9% kiçilib.

Hesabat dövründə “TBC Kredit”in öhdəlikləri 46% azalaraq 8,5 milyon manata düşüb, balans kapitalı isə 3,4% artaraq 7,6 milyon manata çatıb.

Xatırladaq ki, “TBC Kredit” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,5 milyon manatdır. BOKT-nin təsisçisi 100% Gürcüstanın “TBC Bank”ıdır. 

Son xəbərlər

Orphus sistemi