​"TBC Kredit" aktivlərini 28% artırıb

​"TBC Kredit" aktivlərini 28% artırıb Ötən il BOKT-un aktivlərinin strukturunda müştərilərə verilmiş kreditlər və avanslar 40,739 mln. manatlıq paya malik olub
Maliyyə
6 İyun , 2016 11:46
​TBC Kredit aktivlərini 28% artırıb

Bakı. 6 iyun. REPORT.AZ/ Ötən ilin yekununa görə, "TBC Kredit" MMC - bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 49,187 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə təxminən 28% və yaxud 10,77 mln. manat çoxdur.

İl ərzində "TBC Kredit"in cəmi öhdəlikləri 13,264 mln. manat və yaxud 52,8% artaraq 38,384 mln. manat, cəmi kapitalı isə 2,494 mln. manat və yaxud 18,8% azalaraq 10,803 mln. manat olub.

Ötən il BOKT-un aktivlərinin strukturunda müştərilərə verilmiş kreditlər və avanslar 40,739 mln. manatlıq paya malik olub. Bu, əvvəlki ilə nisbətən 4,296 mln. manat və yaxud 11,8% çoxdur.

Son xəbərlər

Orphus sistemi