Yuxarı
    Bağlamaq

    Tatarıstan prezidenti həyat yoldaşından 313 dəfə az qazanır

    Rüstəm Minnixanov 2016-cı ildə 7,51 mln. rubl, həyat yoldaşı isə 2,35 mlrd. rubl qazanıb

    Bakı. 2 may. REPORT.AZ/ Tatarıstan Muxtar Respublikasının (Rusiya) Prezidenti Rüstəm Minnixanov 2016-cı ildə 7,51 mln. rubl (təxminən 225 min manat) qazanıb.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu göstərici ilə həyat yoldaşı Gülsin Minnixanovadan 313 dəfə geri qalıb.

    Muxtar respublika rəhbərinin xanımının ötən il 2,35 mırd. rubl. (təxminən 70,5 mln. manat) gəlir əldə etdiyi bildirilir.

    R.Minnixanovun 263,2 kv.metrlik və 174,6 kv.metrlik 2 mənzili, 110,7 kv.m-lik qonaq evi, 17,76 hektarlıq və 4,15 hektarlıq iki torpaq sahəsi, 15,8 kv.m-lik qarajı var.

    G.Minnixanovanın isə Birləşmiş Ərəb Əmirliklərində 222,2 kv. m-lik mənzilə və 2 parkinqə sahib olduğu və bu əmlakı irsi yolla əldə etdiyi deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi