Yuxarı

Tarif Şurası: Hazırda işıq və qaz tariflərinin dəyişdirilməsi məsələləri müzakirə edilmir

Tarif Şurası: Bu tariflərin dəyişdirilməsi ilə bağlı Şuraya müraciət daxil olmayıb

Bakı. 17 may. REPORT.AZ/ "Son günlər bəzi KİV-də elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil". 

"Report" xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurasının yaydığı bəyanatda qeyd olunub: "Elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə Şuraya müraciət daxil olmayıb. Hazırda Tarif Şurasında bu məsələlər müzakirə edilmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi