Tarif Şurası bir sıra dərman vasitələrinin qiymətini təsdiqləyib

Tarif Şurası bir sıra dərman vasitələrinin qiymətini təsdiqləyib Tarif Şurasının növbəti iclası keçirilib
Maliyyə
15 İyul , 2017 00:50
Tarif Şurası bir sıra dərman vasitələrinin qiymətini təsdiqləyib

Bakı. 15 iyul. REPORT.AZ/ Tarif Şurasının növbəti iclası keçirilib.

"Report" Tarif Şurasının Katibliyinə istinadən xəbər verir ki, şuranın iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi