Taleh Kazımov: "Bu il üçün inflyasiyanı 13-15% proqnozlaşdırırıq"

Taleh Kazımov: "Bu il üçün inflyasiyanı 13-15% proqnozlaşdırırıq" "Paşa Bank"ın başqa bankla konsolidasiyası planlaşdırılmır
Maliyyə
11 Mart , 2016 09:52
Taleh Kazımov: Bu il üçün inflyasiyanı 13-15% proqnozlaşdırırıq

Bakı. 11 mart. REPORT.AZ/ "Bu il üçün Azərbaycanda inflyasiyanı 13-15% civarında proqnozlaşdırırıq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımovun sözlərinə görə, "Paşa Bank" ötən müddət ərzində faktorinq xidmətləri üzrə dövriyyəsi 25 mln. manat olub: "Faktorinq məhsulu çox uğurlu olub və son 6-7 ayda 25 mln. manatlıq dövriyyə qeydə alınıb. Bildiyim qədər, bu xidməti digər banklar da təklif edir".

T.Kazımov deyib ki, "Paşa Bank"ın ölkədə fəaliyyət göstərən hər hansı kommersiya bankı ilə konsolidasiyası planlaşdırılmır.

Son xəbərlər

Orphus sistemi