​Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın növbəti iclası Bakıda keçiriləcək

​Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın növbəti iclası Bakıda keçiriləcək Neft Fondunun icraçı direktoru Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın illik iclasında iştirak edib
Maliyyə
4 Noyabr , 2015 13:46
​Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masanın növbəti iclası Bakıda keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Koreya İnvestisiya Korporasiyası tərəfindən Cənubi Koreyanın paytaxtı Seul şəhərində təşkil edilmiş Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə Dəyirmi Masada iştirak edib.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, dəyirmi masa suveren və təqaüd fondlarının birgə investisiya üzrə əməkdaşlağı üçün yaradılmış yeni bir platformadır. Dəyirmi Masanın illik iclasında ən mühüm qlobal institutlar, aparıcı vəsaitlərin idarə edilməsi üzrə menecerlər, ən böyük suveren və təqaüd fondlarından olan 400 investor toplanır. İclasda makro-iqtisadi dəyişikliklər, birgə investisiya sahəsində menecerlər arasında səmərəli əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi kimi mövzularda müzakirələr aparılıb.

Görüş zamanı növbəti iclasın 2016-cı ildə ARDNF tərəfindən Bakıda təşkil olunması razılaşdırılıb. Növbəti iclasın təşkilatçısı olaraq Ş.Mövsümov Dəyirmi Masanın simvolik bayrağını və sədrlik vəzifəsini ilk iclasa sədrlik etmiş Koreya İnvestisiya Korporasiyasının İcraçı direktoru və sədri Hankdan təhvil alıb. Dəyirmi Masanın ilk iclası Ş.Mövsümovun bu platformanın gələcək inkişaf perspektivləri ilə bağlı nitqi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi