"Sumqayıt Ağac Emalı" səhmdarlarına hesabat verəcək

"Sumqayıt Ağac Emalı" səhmdarlarına hesabat verəcək Bunun üçün səhm sahiblərinin yığıncağı çağırılıb
Maliyyə
17 Noyabr , 2016 09:17
Sumqayıt Ağac Emalı səhmdarlarına hesabat verəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Dekabrın 28-də "Sumqayıt Ağac Emalı" ASC-nin səhmdarlarının yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 11:00-da Cəmiyyətin Sumqayıt şəhəri, Metallurq küçəsi, 1 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncaqda müəssisənin Müşahidə Şurası səhmdarlara illik hesabat verəcək.

Xatırladaq ki, "Sumqayıt Ağac Emalı" ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 52 374 manatdır. 

Son xəbərlər

Orphus sistemi