Suma Çakrabarti: "Bu il EBRD-nin Azərbaycana sərmayələrində ciddi artım olacaq"

Suma Çakrabarti: "Bu il EBRD-nin Azərbaycana sərmayələrində ciddi artım olacaq" Azərbaycan bank sektorunun sağlamlaşdırılması üçün EBRD ilə sıx əməkdaşlığa hazırdır
Maliyyə
24 May , 2016 17:20
Suma Çakrabarti: Bu il EBRD-nin Azərbaycana sərmayələrində ciddi artım olacaq

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Palatadan "Report"a verilən məlumata görə, Azərbaycanla münasibətlərə çox önəm verdiklərini deyən S.Çakrabati ölkədə həyata keçirilən islahatları dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana sərmayələrində ciddi artım olacaq.

Azərbaycan maliyyə sektorunun mövcud vəziyyəti və MBNP-nın ortamüddətli strategiyası barədə məlumat verən R.Aslanlı bank sektorunun sağlamlaşdırılması istiqamətində EBRD ilə sıx əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüşdə Azərbaycan ilə EBRD arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb və bu baxımdan yeni imkanlar müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi