Yuxarı
    Bağlamaq

    Stin Yakobsen: "Böyük Britaniyanın Aİ-dən çıxması təşkilatın gələcəyi üçün təhlükə yaradacaq"

    Əgər Yunanıstan və Böyük Britaniya təşkilatdan ayrılarsa, Avropa İttifaqı öz mövcudluğu uğrunda mübarizə aparmalı olacaq

    Bakı. 30 aprel. REPORT.AZ/ Keçiriləcək parlament seçkiləri başlıca müzakirə mövzusu olan Böyük Britaniyanın Avropa İttifaqındakı (Aİ) üzvlüyü ilə bağlı referendum məsələsi üçün başlanğıc nöqtəsi ola bilər. "Report"un verdiyi xəbərə görə, bunu “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen Böyük Britaniya seçkiləri haqqında danışarkən deyib. 

    Onun sözlərinə görə, ölkənin Aİ-dən çıxması təşkilatın gələcək fəaliyyəti üçün təhlükə yaradacaq ki, bu da Yunanıstan məsələsindən daha vacibdir: "Böyük Britaniya Danimarka, İsveç və Hollandiya kimi bir çox liberal Avropa ölkələrini təşkilatda saxlayan başlıca qüvvədir. Biz inanırıq ki, rəsmi Brüssel və Aralıq dənizi hövzəsi ölkələri Avropa vergi ödəyiciləri hesabına “hədiyyələr” paylayarkən Böyük Britaniya sərt mövqe tutacaq. Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi təşkilatı idarəçisiz qoymaqla yanaşı, Avropa maliyyə sisteminin fəaliyyətində islahatları labüd edəcək".

    Onun sözlərinə görə, bu seçkilər Avropada böhran başlayandan etibarən bərabərsizlik və siyasi etirazlara tələb olan bir şəraitdə keçirilən bir çox seçkilərin nəticələrini özündə əks etdirəcək: "Fikrimcə, Birləşmiş Krallıq İstiqlal Partiyası (BKİP) və Şotlandiya Milli Partiyasının etiraz ruhlu bəyanatları onlara seçkilərdə ilkin sorğuların nəticələrindən daha çox mandata sahib olmağa imkan verəcək. Nəticədə Tori və Liberal Demokratların BKİP-nin dəstəyi ilə koalisiya yaradacağı gözlənilir. BKİP-nin dəstəyi 2016-cı ildə Avropa İttifaqı ilə bağlı keçiriləcək referendumda da özünü göstərəcək. Əgər Yunanıstan və Böyük Britaniya təşkilatdan ayrılarsa, kəmiyyət zəiflədilməsi siyasətindən imtina edilərsə, Aİ öz mövcudluğu uğrunda mübarizə aparmalı olacaq".

    S.Yakobsen bildirib ki, qarşıdan gələn Böyük Britaniya parlament seçkilərinin müqəddəratı iki amildən asılıdır: bərabərsizlik səviyyəsi və mayın 7-də BKİP-in sahib olacağı mandatların sayı. O bildirib ki, Britaniya parlament seçkilərinin "Əsas məsələ iqtisadiyyatdadır” konsepsiyası əsasında baş tutacağı ehtimal olunur.

    "Lakin bunun bir sıra potensial çatışmazlıqları var. Böyük Britaniyada 1945-ci il effektinin yenidən təkrarlanacağı haqda fikirlər səsləndirilir. Belə ki, Torilər Partiyası 1945-ci ildə Çörçillə birgə müharibədə qələbə qazansalar da, hakimiyyətdə qala bilməmişdilər. İndiki seçkilərdə də Torilər təhlükəli kampaniya keçirərək seçiciləri “Leyboristlərin iqtisadiyyatı dağıtmağına imkan verməməyə” çağırır. Tori və Liberal Demokratlar partiyalarının koalisiyası Böyük Britaniyada iqtisadi durumu nisbətən stabilləşdirdi, ancaq cari hesablar üzrə kəsirin nəzarətdən çıxması yaxşılaşmanın müvəqqəti olduğunu göstərir. Buna baxmayaraq, onlar işsizliyin azalacağını, maaşların müntəzəm artımını və ÜDM-in nisbətən yaxşılaşacağını vəd edirlər".

    Bank rəsmisi bildirib ki, Leyboristlər Partiyası irihəcmli bizneslər, yüksək vergilər, zəif inkişafın hakim olduğu 1970-ci illərdə aktual olan gəlirlərin, əmlak vergisinin təkrar bölgüsü və ənənəvi siyasət haqda ideyaları yenidən səsləndirib. Bu strategiya “sıfır” inkişaflı iqtisadiyyat təklif edir: "Leyboristlər aşağı faiz dərəcələri və iqtisadi fəaliyyətin 20%-i əhatə edən iri şirkət və banklara dəstəklə bağlı sərt monetar siyasət nəticəsində daha da dərinləşən bərabərsizlik probleminin həllini vəd edir. İqtisadiyyatın 80%-i xırda və orta şirkətlərin, həmçinin aşağı gəlirli şəxslərin payına düşür ki, onların hazırkı iqtisadi durumu həddindən artıq pisdir".

    O bildirib ki, Böyük Britaniyanın iqtisadi göstəriciləri ilk baxışda qənaətbəxş görünə bilər, lakin iqtisadi subyektlərin 80%-nin maliyyə böhranı başlayandan etibarən zərərlə fəaliyyət göstərməsi şəraitində bərabərsizlik səviyyəsinin azaldılması çətin məsələdir.

    "Qeyd olunmuş 80%-in əsas hissəsini orta təbəqədən olan seçicilərin təşkil etməsi Torilər üçün problem yaradır. Bu cür insanlar özlərini tərk edilmiş, dəyişikliklərin olmaması səbəbindən acıqlı hiss edirlər. Belə bir durumda BKİP cəlbedici alternativ kimi çıxış edir. Əksər seçicilər üçün bu, “etiraz partiyası”dır. “Fövqəladə” hesab olunan partiyaların ilkin sorğularda zəif nəticələr qazanmasına baxmayaraq, seçkilərdə daha çox seçici dəstəyi əldə etməsi təcrübəsini Fransa və İspaniyada keçirilən seçkilərdə müşahidə edə bilərik", - S.Yakobsen vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi