​"S&P" agentliyi "Azərenerji"nin reytinqini azaldıb

​"S&P" agentliyi "Azərenerji"nin reytinqini azaldıb Agentlik: Dövlət "Azərenerji"yə dəstəyini davam etdirəcək, tariflərin isə artırılacağını düşünmürük
Maliyyə
29 Aprel , 2016 16:08
​S&P agentliyi Azərenerjinin reytinqini azaldıb

Bakı. 29 aprel. REPORT.AZ/ “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli korporativ kredit reytinqini “BB+”dan “BB”yə endirib. “Report”un Agentliyə istinadən verdiyi xəbərə görə, qurumun qısamüddətli korporativ reytinqi “B” səviyyəsində təsdiqlənib. Bundan əlavə, Agentlik “Azərenerji”nin kreditödəmə qabiliyyətini “CCC+” kimi dəyərləndirib.

“Standard&Poors” hesab edir ki, “Azərenerji”nin dövlətlə əlaqələri dəyişməz olaraq qalır və əgər hökumət ondan dəstəyini çəkərsə, bu, ASC-ni çətin vəziyyətə sala bilər.

Reytinq agentliyi büdcəyə təzyiqlər artdığına görə mərhələli şəkildə dövlətin “Azərenerji”yə dəstəyini azaldacağını proqnozlaşdırır: “Son 10 ildə ilk dəfə Azərbaycan iqtisadiyyatının zəifləyəcəyi, icmal büdcədə kəsirin yaranacağını gözləyirik. Bu da Dövlət Neft Fondunun aktivlərinin azalmasına səbəb ola bilər”.

"S&P" hesab edir ki, qarşıdakı 3 ildə hökumət "Azərenerji"yə dəstəyini davam etdirəcək: "Qurumun borcunun 40%-nin dövlət zəmanəti var. Sosial məsələlərlə əlaqədar hökumətin elektrik enerjisi tariflərini artıracağını düşünmürük. Lakin hesab edirik ki, dövlət "Azərenerji"nin xarici borcu, vergi borcları və ya əsas yanacaq təchizatçısı olan SOCAR-a borcu ödəməklə quruma dəstək verə bilər". 

Son xəbərlər

Orphus sistemi