​"Standart Insurance" bazara iki yeni məhsul çıxarıb

​"Standart Insurance" bazara iki yeni məhsul çıxarıb Yeni sığorta məhsulları "Ekonom Kasko" və "Ekonom Kasko+" adlanır
Maliyyə
25 İyun , 2015 14:51
​Standart Insurance bazara iki yeni məhsul çıxarıb

Bakı. 25 iyun. REPORT.AZ/ "Standart Insurance" şirkəti bazara yeni sığorta məhsulları çıxarıb. Sığorta şirkətinin mərkəzi ofisindən "Report"a verilən məlumata görə, yeni sığorta məhsulları "Ekonom Kasko" və "Ekonom Kasko+" adlanır.

Satışa çıxarılan "Ekonom Kasko" məhsuluna görə, sığorta haqqı 65 manat, franşiza (şərti azadolma məbləği) 50 manat, sığortaçının bir hadisə və ümumilikdə müqavilə üzrə öhdəliyinin ən yüksək haqqı 1 050 manatdır.

İkinci sığorta məhsulu olan "Ekonom Kasko+" üzrə sığorta haqqı 90 manat, franşiza (şərti azadolma məbləği) 50 manat, sığortaçının bir hadisə və ümumilikdə müqavilə üzrə öhdəliyinin ən yüksək haqqı 2 050 manatdır.

Xatırladaq ki, şirkətin açıqlamasında bu sığorta paketlərinin artıq satışa çıxarıldığı deyilir.

Son xəbərlər

Orphus sistemi