Bakı. 24 fevral. REPORT.AZ/ "Standard&Poor's" Beynəlxalq Reytinq Agentliyi Rusiyanın müstəqil kredit reytinqini "BBB-" səviyyəsinə yüksəldib.
"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bununla da Rusiya yenidən investisiya edilə biləcək ölkələr sırasına qatılıb. Xatırladaq ki, buna qədər Rusiyanın kredit reytinqi "BB-" olub. Agentlik, Rusiyanın reytinq üzrə proqnozunu isə "sabit" səviyyəsində saxlayıb.
Xatırladaq ki, 2014-cü il böhranından sonra "S&P" və "Moody's" reytinq agentlikləri Rusiyanın müstəqil kredit reytinqini investisiya üçün arzu edilməyən səviyyəyə endirib. Yalnız "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın kredit reytinqini sabit saxlayıb. Qlobal maliyyə bazarlarında bu, 3 kredit reytinqi agentliklərindən 2-si hər hansı bir ölkənin reytinqini investisiya olunması arzu edilməyən səviyyəyə endirdiyində, investorlar bu ölkənin istiqrazlarına investisiyalarını dayandırır.
Analitiklər açıqlanan qərarın Rusiyaya investisiya axınını artıracağını və Rusiyanın borclanmasını aşağı salacağını bildirirlər.