"Standard&Poor’s" Azərbaycanın kredit reytinqini təsdiq edib

"Standard&Poor’s" Azərbaycanın kredit reytinqini təsdiq edib Agentlik: Reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər
Maliyyə
1 Avqust , 2015 09:47
Standard&Poor’s Azərbaycanın kredit reytinqini təsdiq edib

Bakı. 1 avqust. REPORT.AZ/ “Standard and Poor’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq edib, proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb.

"Report"un verdiyi xəbərə görə, Agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərin azalmasına baxmayaraq, Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Eyni zamanda Agentlik bildirir ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.

"Aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard and Poor’s" tərəfindən Azərbaycana əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”da saxlaması qlobal iqtisadi artımın azalması, Azərbaycanın da daxil olduğu regionda mürəkkəb iqtisadi vəziyyət, xammal məhsullarının, o cümlədən neft və neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkə iqtisadiyyatının öz dayanıqlığını qoruyaraq sabit inkişaf kursunu davam etdirdiyinin əyani sübutudur", - Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi