"Standard & Poor's" Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini, inflyasiyanın azalacağını proqnozlaşdırır

"Standard & Poor's" Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini, inflyasiyanın azalacağını proqnozlaşdırır İqtisadi artım "Şahdəniz" layihəsinin işə düşməsi hesabına təmin olunacaq
Maliyyə
31 İyul , 2017 13:14
Standard & Poor's Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini, inflyasiyanın azalacağını proqnozlaşdırır

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycanda iqtisadi artım 2018-ci ildən etibarən sürətlənəcək, inflyasiyanın səviyyəsi isə azalacaq.

"Report" xəbər verir ki, bu proqnozla "Standard & Poor's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın yaxın 4 ildə iqtisadi perspektivləri barədə hesabatında çıxış edib. 

Hesabatda deyilir ki, Azərbaycan iqtisadiyyatı bu il 1% geriləyəcək, amma 2018-ci ildə 2%, 2019 və 2020-ci illərdə isə 3,5% artım nümayiş etdirəcək. Adambaşına real ümumi daxili məhsul (ÜDM) 2017-ci ildə 2,2% azalaxaq, əvəzində 2018-ci ildə 0,8%, 2019 və 2020-ci illərdə 2,3% artacaq. Real investisiyalarda isə azalmaq olmayacaq və 2017-ci ildə 5,5%, 2018-ciildə 3,5%, 2019-2020-ci illərdə isə hər il 2,5% artacaq.

Agentlik inflyasiyanın bu il 9%, gələn il 7%, 2019 və 2020-ci illərdə isə 5% olacağını ehtimal edir. "Standard & Poor's" iqtisadi artımla bağlı proqnozlarını yüksəltməsinə səbəb kimi Azərbaycanın "Şahdəniz" layihəsinin işə düşməsini göstərib. 

Son xəbərlər

Orphus sistemi