“Standard Leasing” mənfəətlə işləməyə başlayıb

“Standard Leasing” mənfəətlə işləməyə başlayıb Bakı. 22 may. REPORT.AZ/ “Standard Leasing” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 26,013 mln. manat təşkil edib.
Maliyyə
22 May , 2018 09:48
“Standard Leasing” mənfəətlə işləməyə başlayıb

Bakı. 22 may. REPORT.AZ/ “Standard Leasing” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 26,013 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,3% azdır.

“Standard Leasing”in aktivlərinin 58,3%-ni və yaxud 15,164 mln. manatını investisiya mülkiyyəti təşkil edib. 2017-ci ildə bu rəqəm 1,05% böyüyüb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 5,8% azalaraq 16,404 mln. manat, o cümlədən müddətli borc öhdəlikləri 5,2% artaraq 13,366 mln. manat, cəmi kapitalı isə 1,4% artaraq 9,609 mln. manat olub.

2017-ci ildə “Standard Leasing”in maliyyə lizinqindən gəlirləri 437 min manat (2016-cı ilə nisbətən 49,25% az), müddətli depozitlərdən gəlirləri 10 min manat (87% çox), debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatların bərpasından gəlirləri 1,311 mln. manat (16,2 dəfə çox), müddətli borc öhdəlikləri üzrə maliyyə xərcləri 229 min manat (81% az), məzənnə fərqindən zərəri 151 min manat (87,2% az), əməliyyat lizinqindən gəlirləri 1,821 mln. manat (4,5% az), digər zərəri 321 min manat (8,2 dəfə çox), təxirə salınmış vergi xərci 156 min manat (əvvəlki il olmayıb), inzibati və sair əməliyyat xərcləri 1,877 mln. manat (15,4% çox), mənfəət vergisi xərci isə 84 min manat (22,2% az) təşkil edib. Son nəticədə şirkət ötən ili 760 min manat xalis mənfəətlə başa vurub (əvvəlki ili ,303 mln. manat xalis zərərlə başa vurub).

Xatırladaq ki, "Standard Leasing" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,015 mln. manatdır. Şirkətin təsisçiləri 99,998%-lik payla "AB Standard" QSC-yə daxil olan "Standard Kapital" MMC (qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurub) və 0,002%-lik payla adı çəkilən holdinqdir. 

Son xəbərlər

Orphus sistemi