“Standard Insurance” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri dəyişib

“Standard Insurance” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri dəyişib “Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.
Maliyyə
22 Aprel , 2019 17:04
“Standard Insurance” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri dəyişib

“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri dəyişib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, indiyə qədər bu vəzifəni icra edən Rəhman Əliağa oğlu Babayevi Nijad Məhərrəm oğlu Məmmədov əvəz edib.

Yeni sədr həm də “Standard Insurance”lə birlikdə “AB Standard” QSC-yə daxil olan “Standard Lizinq” MMC-nin direktorudur.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi