"Standard Insurance"in yığımları 30,5% artıb

"Standard Insurance"in yığımları 30,5% artıb Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb
Maliyyə
14 İyul , 2016 14:34
Standard Insurancein yığımları 30,5% artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin 1-ci yarısında "Standard Insurance" Sığorta Şirkəti (SŞ) ASC-nin yığımları 12 522 944 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,52% çoxdur.

Hesabat dövründə "Standard Insurance"in ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 4 109 744 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 12,53% çoxdur.

2016-cı ilin yanvar-iyununda "Standard Insurance" topladığı hər 100 manat sığorta haqqının 32,82 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 37,78% olub.

"Standard Insurance" SŞ 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" Şirkətlər Qrupu QSC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi