​"Standard Insurance"in yığımları 22% artıb

​"Standard Insurance"in yığımları 22% artıb Hesabat dövründə sığorta şirkətinin ödənişləri də artıb
Maliyyə
18 Avqust , 2016 09:49
​Standard Insurancein yığımları 22% artıb

Bakı. 18 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Standard Insurance" ASC-nin yığımları 14 641 692 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,87% çoxdur.

Hesabat dövründə "Standard Insurance"in ödənişləri də artıb. Belə ki, Şirkət 7 ay ərzində 4 900 577 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 10,2% çoxdur.

2016-cı ilin yanvar-iyul aylarında "Standard Insurance" topladığı hər 100 manat sığorta haqqının 33,47 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 37,01 manat olub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi