“Standard Insurance”in lisenziyası ləğv edilə bilər

“Standard Insurance”in lisenziyası ləğv edilə bilər Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətini nəzarətə götürüb
Maliyyə
30 May , 2017 13:33
“Standard Insurance”in lisenziyası ləğv edilə bilər

Bakı. 30 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Standard Insurance” ASC-ni nəzarətə götürüb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, şirkətin səhmdarına kapitallaşma ilə bağlı məsələni həll etmək, eləcə də yeni inkişaf strategiyası təqdim etmək tapşırılıb: “Bunun üçün şirkətin səhmdarının 1 ay vaxtı var. Əks təqdirdə deyə bilərəm ki, heç bir maliyyə qurumunun lisenziyası daimi deyil”.

Son xəbərlər

Orphus sistemi