“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev şirkəti tərk edib
Maliyyə
23 İyun , 2017 19:01
“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

Bakı. 23 iyun. REPORT.AZ/ “Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev işdən çıxıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Onların yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% "AB Standard" QSC-yə məxsusdur. 

"Standard Insurance" 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi nəzarəti altındadır və Palata ona kapitalını artırmaq üçün bu ayına sonuna qədər vaxt verib. 

Son xəbərlər

Orphus sistemi