"Standard Insurance"in İdarə Heyətinə sədr təyin edilib

"Standard Insurance"in İdarə Heyətinə sədr təyin edilib Söhbət Kamran Bağırovdan gedir
Maliyyə
7 Noyabr , 2016 14:42
Standard Insurancein İdarə Heyətinə sədr təyin edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ "Standard İnsurance" ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Şirkətdən "Report"a verilən məlumata görə, söhbət Kamran Bağırovdan gedir.

O, "Standard İnsurance"də 2002-ci ildən işləyir, indiyə qədər şirkətin İH-nin sədr müavini olub. K.Bağırov yeni vəzifəsində Aydın Rəhmanovu əvəz edib.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi