​"Standard Insurance" ilk yarımilliyi zərərlə başa vurub

​"Standard Insurance" ilk yarımilliyi zərərlə başa vurub Sığorta şirkətinin aktivləri 2% artıb
Maliyyə
5 Avqust , 2016 16:05
​Standard Insurance ilk yarımilliyi zərərlə başa vurub

Bakı. 5 avqust. REPORT.AZ/ "Standard Insurance" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 26,495 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 2,1% çoxdur.

Yarım il ərzində "Standard Insurance"in cəmi kapitalı 15,2% azalaraq 11,102 mln. manat, cəmi öhdəlikləri isə 19,8% artaraq 15,392 mln. manat olub.

Hesabat dövründə Şirkətin cəmi gəlirləri 16,759 mln. manat, cəmi xərcləri 18,744 mln. manat təşkil edib. Son nəticədə "Standard Insurance" 2016-cı ilin ilk yarısını 1,985 mln. manat zərərlə başa vurub.

Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi