"Standard Insurance" I rübdə 4,239 mln. manat sığorta haqqı toplayıb

"Standard Insurance" I rübdə 4,239 mln. manat sığorta haqqı toplayıb Sığorta şirkəti geniş kampaniyalara başlamağı planlaşdırır
Maliyyə
22 Aprel , 2015 13:42
Standard Insurance I rübdə 4,239 mln. manat sığorta haqqı toplayıb

Bakı. 22 aprel. REPORT.AZ/ “Standard Insurance” ASC-nin 2015-ci ilin birinci rübü üzrə topladığı sığorta haqlarının ümumi həcmi 4 238 660 manat təşkil edib. Bu barədə "Report"a sığorta şirkətinin mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, yığımın 76%-ni avtomobillərin kasko sığortası, daşınmaz əmlakın sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, tibbi sığorta növlərinin payına düşüb. Sığorta şirkəti digər 24%-i isə məsuliyyət sığortaları, su nəqliyyatı sığortası, yük sığortaları, səfər sığortası, fərdi qəza və digər sığorta növləri üzrə topladığını açıqlayıb.

Sığorta şirkəti yay mövsümü ilə əlaqədar səfər sığortası və bağ evlərinin sığortası üzrə geniş kampaniyalara başlamağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi