Bakı. 20 iyul. REPORT.AZ/ "Standard and Poors" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini BB+ səviyyəsindən BB səviyyəsinə aşağı salıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, agentlik proqnozu da neqativə dəyişib. Bununla da S&P 3 böyük reytinq agentliyi agentliyi arasında Türkiyəyə ən aşağı kredit reytinqi verib. Türkiyənin kredit reytinqi "Fitch" və "Moody's" tərəfindən "investisiya qoyula biliər" kateqoriyasında dəyərləndirildiyi halda, S&P-nin son qiymətləndirilməsindən əvvəl də bu kateqoriyadan aşağıda idi.