​Spiker: "Kredit məsələsinə sonra baxarıq"

​Spiker: "Kredit məsələsinə sonra baxarıq" Oqtay Əsədovun fikrincə, ilk növbədə bankların stabilləşməsi təmin edilməlidir
Maliyyə
19 Yanvar , 2016 13:56
​Spiker: Kredit məsələsinə sonra baxarıq

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin dollarla aldığı kreditlərin ödənilməsi ilə bağlı səslənən təklifləri həll etmək üçün ilk növbədə bankların stabilləşməsi təmin edilməlidir.

"Report"un verdiyi xəbərə görə, bunu parlamentin sədri Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxışında bildirib: "Əvvəlcə bankları stabilləşdirək. Siz hər şeyi birdən istəyirsiniz. İndi böhrandır. Əvvəlcə banklar normal işləsin, əmanətlər alsın, kredit məsələsinə sonra baxarıq, gələcək perspektivə baxarıq".

Deputat Əli Məsimli isə bildirib ki, dollarla krediti olanların taleyi məsələsi gündəmdədir: "Bunun bütün ağırlığını bir qurumun üzərinə atmaq olmaz. Bunu 4 yerə bölməklə həll etmək olar. Mərkəzi Bank, kommersiya bankları, hökumət və əhali arasında bölüşdürülməlidir. Konstitusiya Məhkəməsinin qərarına yenidən baxılmalıdır. Çünki kommersiya banklarındakı pulun 70%-i əhalinindir".

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, sahibkarların güzəştli kreditləşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan 250 mln. manat olduqca az məbləğdir: "Xaricdən 1-2 mlrd. manat gətirib banklarda yerləşdirmək lazımdır. Buna nəzarəti isə İqtisadiyyat Nazirliyinə vermək olar. Sahibkarlara 2,25 mlrd. manat vermək lazımdır".

Son xəbərlər

Orphus sistemi