​Sorğu: Rusiya rublu bu il 65% zəifləyə bilər

​Sorğu: Rusiya rublu bu il 65% zəifləyə bilər MDB ölkələrinin milli valyutaları Rusiya iqtisadiyyatındakı bu cür dəyişikliklərdən ciddi ziyan çəkə bilər
Maliyyə
30 İyul , 2015 13:13
​Sorğu: Rusiya rublu bu il 65% zəifləyə bilər

Bakı. 30 iyul. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin 40 dollar/barelə düşməsi Rusiyanı təcili uçot dərəcəsini artırmağa məcbur edə bilər. Bunu iyulun sonunda "Bloomberg" agentliyinin keçirdiyi sorğuya qatılan iqtisadçıların 65%-i bildirib. Onların fikrincə, neftin qiyməti 40 dollar səviyyəsində qalarsa Rusiya iqtisadiyyatı bu il 5% geriləyəcək. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu il uçot dərəcəsini 4 dəfə aşağı salıb.

"Report"un verdiyi xəbərə görə, sorğuda iştirak edən iqtisadçıların 39%-i Rusiyada Yunanıstan kimi kapitalın hərəkətinə nəzarətin güclənəcəyini ehtimal edir. İqtisadçıların 22%-i isə bəzi bankların dövlət və ya iri banklar tərəfindən nəzarətə alınacağını istisna etmirlər.

Sorğunun nəticələrinə əsasən, 40 dollara düşən neft Rusiya rublunu 2015-ci ildə 65% zəiflədə bilər. Bu səbəbdən iqtisadiyyat bu il 5%, 2016-cı ildə isə 1% azalacaq.

Rusiya rublunun zəifləməsi bu ölkə ilə ticarət əlaqələri sıx olan dövlətlərin yerli valyutaları üzərində təzyiqi artıracaq. Əsasən MDB ölkələrinin milli valyutaları Rusiya iqtisadiyyatındakı bu cür dəyişikliklərdən ciddi ziyan çəkə bilər.

Son xəbərlər

Orphus sistemi