Son 30 ildə Rusiyadan 1 trln. dollar kapital axını olub

Son 30 ildə Rusiyadan 1 trln. dollar kapital axını olub Bakı. 29 yanvar. REPORT.AZ/ Son 30 il ərzində Rusiyadan kapital axını 1 trln. dolları üstələyib.
Maliyyə
29 Yanvar , 2018 14:58
Son 30 ildə Rusiyadan 1 trln. dollar kapital axını olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Son 30 il ərzində Rusiyadan kapital axını 1 trln. dolları üstələyib.

"Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiya prezidentinin müşaviri Sergey Qlazyev Moskvada keçirilən Dünya blokçeyn və kriptovalyutalar sammitində verib.

"Rusiya dünyanın ən zəngin ölkəsidir. Son 30 ildə dünya maliyyə sisteminə 1 trln. dollardan çox vəsait bağışlamışıq. Bilmirik bu vəsait hardadır. Bilirik ki, onun yarısı ofşor hesablarla Rusiya arasında dövr edir. Burada dövriyyə illik yüz milyardlarla dollar təşkil edir. Qalan hissə isə naməlum istiqamətdə buxarlanıb", - deyə S.Qlazyev bildirib.

Müşavir hesab edir ki, nə qədər çox kapital axını baş verirsə, ölkədə qalan insanlara o qədər çox vergi yüklənir və bu vəziyyət ədalətsizdir. Onun fikrincə, rəqəmsal valyutaların yaranması kapital axınına tam nəzarət etməyə imkan yaradacaq.

Rusiya Bankının (Mərkəzi Bank) hesabatına görə, Rusiyadakı özəl şirkətlər tərəfindən 2017-ci ildə kapital axını 31,3 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 60% çoxdur. 2018-ci ildə bu göstəricinin 16 mlrd. dollar, 2019-2020-ci illərdə isə 8-9 mlrd. dollar olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi