Yuxarı

Son iki ildə bankomatlardan dünya üzrə bank köçürmələri vasitəsilə 1 mlrd. ABŞ dolları oğurlanıb

Bu cür hallardan qorunmaq üçün “Kaspersky Lab” şirkəti texnoloji həllini təqdim edib

Bakı. 10 iyun. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti bankomat, POS-terminal və özünəxidmət terminalların qorunması üçün “Kaspersky Embedded Systems Security həllini təqdim edib. Məhsul bu tipli avadanlığı kiber təhlükələrdən qoruyur və sistemi yükləmədən maliyyə vasitələrinin və bank kartları məlumatlarının təhlükəsizliyini təmin edir. Bu, şirkətdən "Report"a daxil olan məlumatda bildilirb.

Bir qayda olaraq, bankomatlar köhnəlmiş əməliyyat sistemləri, adətən “Windows XP” ilə işləyir. Bununla yanaşı, bankomatlar məhdud məhsuldarlıq və zəif qoşulmaya malikdir. Onlar fərqli, həmçinin uzaqlaşdırılmış məkanlarda yerləşir, nadir hallarda yenilənir və banklardan fərqli olaraq zəif qorunur. Belə ki, son iki ildə dünyaya səs salmış “Carbanak” kiberqarət çərçivəsində cinayətkarlar bankomatlardan dünya üzrə bank köçürmələri vasitəsilə 1 milyard ABŞ dolları oğurlayıblar.

“Kaspersky Lab”ın həlli bu tipli cihazlara ən çox yayılmış hücum üsulları ilə mübarizəyə imkan yaradan texnologiyalar təqdim edir. “Öncədən qoyulmuş qadağa” rejimi sayəsində yalnız administrator tərəfindən icazə verilmiş fayl, drayver və kitabxanalar sistemdə yerinə yetirilir. Bu imkan bankomatları və ödəmə terminallarını axırıncı cihaz səviyyəsində “Tyupkin” və”Skimer” kimi mürəkkəb və məqsədyönlü təhlükələrdən qoruyur.

“Avadanlığın nəzarəti” kimi əhəmiyyətli funksiya sayəsində avtorizasiya olunmamış USB-yığıcıların bu tip maşınlara fiziki qoşulma cəhdləri blok olunur. Beləliklə, kibercinayətkarlar tərəfindən sistemə giriş əldə etmək üçün müntəzəm şəkildə istifadə olunan əsas yollardan biri bağlanır.

Məhsul bütün istifadədə olan“Windows” növləri, o cümlədən “Windows XP Embedded”, “Windows Embedded 8.0 Standard” və “Windows 10 IoT”ilə tamamilə uyğunlaşır. Sistem tələbləri minimaldır – 256 Mb operativ yaddaş və diskdə 50 Mb yer kifayətdir.

Yeni “Kaspersky Security Center” həllini vahid mərkəzləşdirilmiş inzibatçılıq konsolundan idarə etmək mümkündür. Bundan başqa, məhsul “Kaspersky Security Network” bulud xidməti ilə inteqrasiya olunub ki, bu da təhlükələr barədə analitik məlumatı real vaxt rejimində əldə edir və sıfırıncı günün eksployt hücumlarının qarşısını alır. O, həmçinin ödəmə kartları sənayesinin (PCI DSS) məlumat təhlükəsizliyi standartının tələblərinə də cavab verir. Tələblərə əsasən, bank kartları ilə çalışan sistemlər müntəzəm olaraq yenilənən antivirus ilə təchiz edilməlidir.

“Qarşımızda məhdud funksionallığa və aşağı məhsuldarlığa malik maşınların təhlükəsizliyini təmin etmək üçün bütün müasir qoruyucu texnologiyaları bir həldə birləşdirmək məqsədi dururdu. Bankomat və satış terminalları olduqca nadir hallarda yenilənir, onların əksər hissəsi on ilə yaxın işləyir və texniki olaraq müasir deyil. Məhz bu səbəbdən biz keçmiş nəsil aparat təminatı ilə uyğunlaşa bilən məhsul hazırladıq. Sistemi qorumaq üçün bizim həllin şəbəkəyə qoşulması mütləq deyil. Bundan əlavə, biz ona cihazların səmərəli nəzarət texnologiyalarını və öncədən quraşdırılmış qadağa rejimini daxil etdik”, - deyə “Kaspersky Lab” şirkətinin bankomat və satış nöqtələrinin müdafiəsi üzrə rəhbər Dmitri Zveginets bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi